Bir qrup valideyn təxminən iki ilə yaxındır dələduzluğun qurbanına çevrilib.
TEREF ATV-yə istinadən xəbər verir ki, onları övladlarını moda müsabiqəsinə yazmaq adı ilə aldadaraq, müxtəlif məbləğlərdə pullarını alıblar.
Qeyd olunub ki, moda yarışı ötən ilin iyul ayında keçirilməli olsa da, tədbir baş tutmayıb. Valideynlərin sözlərinə görə, pulu alan şəxslərdən də uzun müddətdir xəbər yoxdur.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat nümayəndəsi Cəsarət Qənbərli bildirib ki, daxil olan müraciətlər əsasında müvafiq polis orqanında araşdırma aparılır.