1) Rusiya və ABŞ sammitinə Avropanın cavabı. Aİ liderlərinin birgə bəyanatı dərc olunub: - Ukraynaya dəstəyimiz davam edəcək; - Ukrayna Silahlı Qüvvələrinə və ya onun üçüncü ölkələrlə əməkdaşlığına heç bir məhdudiyyət qoyulmamalıdır; - Biz Prezident Tramp və Prezident Zelenski ilə Avropanın dəstəyi ilə üçtərəfli sammitin keçirilməsi üzərində işləməyə hazırıq; - Moskva Ukraynanın Aİ-yə və ya NATO-ya qoşulma prosesinə veto qoymaq hüququna malik ola bilməz; - Biz Rusiyaya qarşı sanksiyaları və iqtisadi tədbirləri sərtləşdirməyə davam edəcəyik - sülh əldə olunana qədər. Beynəlxalq sərhədlər zor gücünə dəyişdirilməməlidir. 2) Hökumət mənbələrinə istinadən The Economist" yazır ki, Putin, Tramp və Zelenski arasında görüş baş verənə qədər havada atəşkəs barədə ilkin razılıq əldə olunub. Kamran Cəfərov TEREF