Azərbaycanda istehlak bazarı 5% böyüyüb

Bu gün, 17:14           
Azərbaycanda istehlak bazarı 5% böyüyüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 44,6 milyard manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 % çoxdur.

Hesabat dövründə ümumi dəyərin 78,6 %-ni pərakəndə ticarət dövriyyəsi, 18,1 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,3 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin 7 ayına nisbətən 4,9 % artaraq 42,8 milyard manat olub, onun 44,1 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

7 ayda bir istehlakçı orta hesabla ayda 623,1 manat və yaxud illik müqayisədə nominal ifadədə 57 manat çox vəsait xərcləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru