Konor Makqreqor UFC siyahısından çıxarıldı

Bu gün, 15:14           
Konor Makqreqor UFC siyahısından çıxarıldı
Konor Makqreqor UFC-nin siyahısından çıxarılıb.

"Give Me Sports" nəşri xəbər verir ki, UFC prezidenti Dana Uayt sonuncu dəfə dörd il əvvəl oktaqona çıxması səbəbindən Konorun Ağ Evdə keçiriləcək turnirdə iştirakını istəməyib.

İrlandiyalı məşhur döyüşçü tədbirə qatılmaq üçün dopinq testindən keçsə də, siyahıdan çıxarılıb.

Qeyd edək ki, Konor Makqreqor sonuncu dəfə 2021-ci ildə oktaqona çıxıb. O, ilk raundda texniki nokautla Dastin Puaryeyə uduzub. 2013-cü ildə UFC-də debüt edən irlandiyalının aktivində 14 döyüş (10-4) var, o, yüngül və orta yüngül çəkidə çempion olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru