İndoneziyada timsah kişini ailəsinin gözləri qarşısında parçaladı

Bu gün, 16:18           
İndoneziyada timsah kişini ailəsinin gözləri qarşısında parçaladı
İndoneziyada timsah üzən kişini onun ailəsinin gözü qarşısında sürüyərək aparıb.

Bu barədə "Daily Mail" məlumat yayıb.

Timsah qəflətən dörd uşaq atası olan kişinin ayağından yapışıb. O, yüksək səslə qışqıraraq, suyun səthində qalmağa çalışsa da, yırtıcı onu çayın dərinliyinə çəkməyə başlayıb.

Yaxınlıqda olan insanlar qurbanın yanına qaçsalar da, onlar çatanadək kişi artıq suyun altında itib. Hadisə yerinə gələn xilasedicilər timsahın bulanıq suda üzdüyünü və qurbanın cəsədini dişlərinin arasında saxladığını görüblər.

Mütəxəssislər İndoneziyada timsahların 14 növünün, o cümlədən çay mənsəblərində yaşayan iri və aqressiv fərdlərin olduğunu bildirirlər. Bu yırtıcılar insanlar üçün təhlükə yarada bilər.

Ekspertlərin fikrincə, hücumların artması intensiv balıq ovu, sahilyanı ərazilərin kənd təsərrüfatı məqsədləri üçün istifadə edilməsi və mədənçiliklə bağlıdır. Bu, timsahları sudan daha uzaqda və insanların məskunlaşdığı ərazilərə yaxın yerlərdə yem axtarmağa məcbur edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru