ABŞ sanksiya altındakı rusiyalı oliqarx Kərimovun yaxtasını müsadirə etmək istəyir

24-10-2023, 12:04           
ABŞ sanksiya altındakı rusiyalı oliqarx Kərimovun yaxtasını müsadirə etmək istəyir
ABŞ-də Nyu-York prokurorları rusiyalı oliqarx Süleyman Kərimovla əlaqəli dəyəri 300 milyon dollardan çox olan 106 metrlik “Amadea” superyaxtanın müsadirə edilməsi ilə bağlı vəsatət qaldırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Vəsatətin materiallarına görə, Rusiyanın Ukraynaya təcavüzündə əli olduğuna görə 2014-cü ildən Amerikanın sanksiyaları altında olan Kərimov 2021-ci ildə “Amadea” superyaxtasını saxta şəxslər üzərindən almağa razılaşıb.

Bununla yanaşı, 2021-ci ilin sentyabrında superyaxta rəsmi olaraq yeni yaradılmış “Errigan Marine” şirkətinin mülkiyyətinə çevrilib, onun sahibi nominal olaraq sanksiyaya məruz qalmış yaxta brokeri “Imperial Yachts”ın başçısı Yevgeni Koxmandır.

Qeyd edək ki, Süleyman Kərimov Rusiyanın ən varlı vətəndaşlarındandır. “Forbes”un qiymətləndirməsinə görə, onun sərvəti 10,7 milyard dollardır. Kərimovun var-dövlətinin böyük hissəsi onun Rusiyanın qızıl mədən şirkəti “Polyus”dakı payına bağlıdır.

ABŞ Maliyyə Nazirliyi Rusiyanın Suriya və Ukraynadakı hərəkətlərinə cavab olaraq 2014 və 2018-ci illərdə Kərimova qarşı sanksiyalar tətbiq edib və 2023-cü ilin mayında məhdudiyyətlər “Polyus”a da şamil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru