ABŞ Suriyadakı hərbi bazalarını gücləndirir

24-10-2023, 18:13           
ABŞ Suriyadakı hərbi bazalarını gücləndirir
ABŞ Suriyanın şərqindəki hərbi bazalarını gücləndirir.

“Report” xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, ABŞ ordusu Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyaləti yaxınlığındakı Koniko neft yatağında yerləşən Əl-Ömər bazasına daha çox silah və hərbi texnika gətirib. Məlumata əsasən, ikinci gündür İraqdan Əl-Ömər və Koniko bazalarına doğru silah və hərbi texnika, o cümlədən tanklar hərəkət edir.

Bundan başqa, ABŞ hərbçiləri ərazidə üç gündür hərbi təlimlər keçirir.

Bir müddət əvvəl “Associated Press” bildirmişdi ki, iranyönümlü silahlı qrupların daxil olduğu “İraqın İslami Müqaviməti Hərəkatı” PUA-ları ilə Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağı yaxınlığında və Həsəkə əyalətində ABŞ hərbi bazasına hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.

ABŞ ordusunun Suriyada 24 hərbi bazası və 4 nöqtəsi var. Onun Suriyadakı bazaları dəfələrlə PUA və raket hücumuna məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru