Mask seçkilərində Baydenə səs verməyəcəyini bildirib

30-11-2023, 12:57           
Mask seçkilərində Baydenə səs verməyəcəyini bildirib
Amerikalı milyarder İlon Mask 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində ABŞ Prezidenti Co Baydenə səs verməyəcəyini bildirib.

O, bu barədə “New York Times” qəzetinin təşkil etdiyi konfransda danışıb.

"Mən Baydenə səs verəcəyimi düşünmürəm", - deyə o bildirib.

Bundan əvvəl NBC telekanalı amerikalıların əksəriyyətinin erkən seçkilərdə keçmiş ABŞ prezidenti Donald Trampı dəstəkləyəcəyini bildirmişdi.

The Independent həmçinin qeyd edib ki, Qəzza və Ukraynadakı münaqişələr Baydenin yenidən seçilməsi ilə bağlı suallar doğurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru