Gürcüstanda prezidentin vətəndaşlar tərəfindən seçilməsi təklif olundu – MÜXALİFƏT KONSTİTUSİYA DƏYİŞİKLİYİ TƏLƏB EDİR

8-01-2024, 19:15           
Gürcüstanda prezidentin vətəndaşlar tərəfindən seçilməsi təklif olundu – MÜXALİFƏT KONSTİTUSİYA DƏYİŞİKLİYİ TƏLƏB EDİR
Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın partiyası “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini və parlament çoxluğunu qarşıdan gələn yaz sessiyasında prezident seçkilərinin keçirilməsi qaydasını qaytarmaq üçün konstitusiya dəyişikliyi üzərində işə başlamağa çağırır.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Exo of Caucasus” məlumat yayıb.

Müxalifət partiyasının deputatı Beka Liluaşvili bildirib ki, Gürcüstan dövlətinin başçısı parlamentdəki çoxluğun nümayəndələri deyil, vətəndaşlar tərəfindən seçilməlidir.

Müxalif siyasətçi izah edir ki, hətta ümumi seçki hüququndan imtina edən bir çox Avropa ölkələri də sonda əvvəlki sistemə qayıdıb.

Gürcüstanda sonuncu birbaşa prezident seçkiləri 2018-ci ilin oktyabrında keçirilib. 2024-cü ildə növbəti prezident 300 nümayəndədən ibarət seçki kollegiyası tərəfindən seçiləcək.

Ülviyyə ŞÜKÜROVA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru