Qəzzada ölənlərlərin, yaralananların, qaçqına çevrilənlərin sayı açıqlandı - dəhşətli statistika
8-01-2024, 19:42
Hurriyyet.az "TRT Haber" kanalına istinadla xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyi bölgədə münaqişə alovlanandan bəri öldürülən fələstinlilərin sayının 23 084 nəfərə, yaralıların sayının isə 58926 nəfərə çatdığını bəyan edib. BMT-nin açıqlamasında isə oktyabrın 7-dən bəri Qəzzanın 2,3 milyon əhalisinin 1,9 milyon nəfərinin qaçqın düşdüyü bildirilir.