ABŞ Çini hərbi münaqişəyə təhrik edəcək növbəti addımı atır

12-01-2024, 18:04           
ABŞ Çini hərbi münaqişəyə təhrik edəcək növbəti addımı atır
Tayvanda şənbə günü administrasiya rəhbəri seçiləcək. Bundan sonra Vaşinqton adaya qeyri-rəsmi nümayəndə heyəti göndərmək niyyətindədir.

Bu barədə ABŞ administrasiyasının yüksək rütbəli məmuru bildirib.

Nümayəndə heyətinin göndərilmə vaxtı, eləcə də iştirakçıların adları hələlik açıqlanmayıb.
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə adaya səfəri Tayvan ətrafında vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Pekin bu səfəri vahid Çin prinsipinin pozulması və ölkənin dövlət suverenliyinə qəsd hesab etmişdi.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru