Trampın qayıdışı Avropa üçün açıq təhlükədir - Avropa Bankının rəhbəri

12-01-2024, 20:35           
Trampın qayıdışı Avropa üçün açıq təhlükədir - Avropa Bankının rəhbəri
ABŞ-ın keçmiş prezidenti Donald Trampın yenidən prezident seçilməsi Avropa üçün təhlükə yaradacaq.

Bu Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard “France 2” telekanalına müsahibəsində deyib.

"Əgər biz tarixdən, yəni onun mandatının ilk dörd ilində necə rəhbərlik etdiyindən dərs almaq istəyiriksə, onda deyə bilərəm ki, onun yenidən seçilməsi açıq-aydın bir təhlükədir", - Laqard deyib.

O, Trampın ticarət tarifləri, NATO-ya bağlılığı və iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı təklif etdiyi siyasətə nəzər salmağı təklif edib.
bakupost.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru