“Qazprombank”ın keçmiş vitse-prezidenti axtarışa verildi
13-01-2024, 00:12
"Qazprombank”ın keçmiş vitse-prezidenti İqor Volobuyev axtarışa verilib.
32gun.az Rusiya KiV-nə istinadən bildirir ki, bu barədə məlumat ölkəninDaxili İşlər Nazirliyinin idarə məlumat bazasında yerləşdirilib. Lakin onun hansı maddə ilə məsuliyyətə cəlb olunduğu barədə məlumat verilmir.
Xatırladaq ki, bundan əvvəl, 2023-cü il oktyabrın 13-də Ədliyyə Nazirliyi Volobuyevi xarici agent kimi tanıyıb.
Departamentin məlumatına görə, o, açıq şəkildə Ukrayna hakimiyyətini dəstəkləyib, xüsusi əməliyyat barədə mənfi danışıb və hətta Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə qoşulub.