Litva hərbçiləri hakimiyyətdən ordunun tanklarla təminatını tələb edir

13-01-2024, 08:38           
Litva hərbçiləri hakimiyyətdən ordunun tanklarla təminatını tələb edir
Ağır zirehli maşınlar, o cümlədən tanklar Litva ordusunun xidmətində olmalıdır.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu silahlı qüvvələrin komandanı general Valdemaras Rupşis ictimaiyyət qarşısında çıxışında deyib.

"Siyasi rəhbərliyə çatdırırıq ki, əks-hücumlar və müəyyən obyektləri ələ keçirmək üçün bizə hərbi vasitələr lazımdır. Söhbət Litvanın mütləq ehtiyacı olan mexanikləşdirilmiş və tank bölmələrindən gedir".

Komandan qeyd edib ki, müəyyən dairələrdə bu və ya digər silah növünü birinci yerə qoymağa çalışırlar. O, bu kampaniyanı səhv hesab edir.

"Bu gün tanklar və ya pilotsuz təyyarələr, pilotsuz təyyarələr və ya artilleriya barəsində söhbətlər eşidirik. Bunlar qəribə söhbətlərdir", - general vurğulayıb.

"Bu, ya digəri ola bilməz, hər şey lazımdır", - o əlavə edib.

Hazırda Litva ordusunda tank yoxdur, lakin silahlı qüvvələrdə tank taborunun da daxil olacağı diviziya formalaşdırmaq və yerləşdirmək planları var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru