Rusiyada ilk dəfə qeyri-adi nikah baş tutdu - VİDEO
14-01-2024, 12:58
Rusiya Federasiyasının Voronej vilayətin Novaya Usman kəndindən olan müəllimlər - Roman Babayev və Daria Çernıxdan arasında qeyri-adi toy baş tutub.
Bu barədə kp.ru məlumat yayıb.
Bildirilib ki, yeni evlənənlərə onların biometrik məlumatlarının oxunduğu qadcet verilib. Onların düzgünlüyü təsdiqləndikdə, sevən cütlük rəsmi olaraq ər-arvad olublar. "Bu, Rusiyada biometrikdən istifadə edilən ilk toydur", - Biometrik Texnologiyalar Mərkəzi ASC-nin baş direktoru Vladislav Povolotski hadisəni şərh edib.
Qeyri-adi hadisənin iştirakçıları təsadüfən seçilməyib - Roman və Daria ictimai fəaliyyətlərdə fəal iştirak edir, həmçinin Ukraynada xüsusi əməliyyatın iştirakçıları üçün humanitar yardımın toplanmasına kömək edirlər.