Qəzaya uğrayan ABŞ-ın hərbi təyyarəsinin axtarışları dayandırılıb

15-01-2024, 00:14           
Qəzaya uğrayan ABŞ-ın hərbi təyyarəsinin axtarışları dayandırılıb
Yaponiyanın sahil sularında ötən ilin noyabrında qəzaya uğrayan ABŞ hərbi hava qüvvələrinə məxsus “Osprey” hərbi nəqliyyat təyyarəsinin itkin düşən heyət üzvünün axtarışları dayandırılıb.

Bu barədə ABŞ hərbi hava qüvvələrinin komandanlığı açıqlama yayıb. Komandanlıq 40 gündən çox davam edən axtarış işlərinin gedişində təyyarənin sonuncu heyət üzvünün tapılmamasından təəssüfləndiyini bildirib.

Qeyd edək ki, ötən il noyabrın 29-da içərisində 8 nəfər olan təyyarə Yaponiyanın Yakuşima adası yaxınlığında qəzaya uğrayıb. ABŞ hərbi dəniz və hərbi hava qüvvələri ilə yanaşı, Yaponiya sahil mühafizə xidmətinin cəlb olunduğu axtarış işlərinin gedişində heyətin 7 üzvünün meyiti tapılıb.

Axtarış zamanı tapılan “qara qutu”dakı məlumatların təhlili nəticəsində qəzaya texniki nasazlığın səbəb olduğu məlum olub.

ABŞ hərbi hava qüvvələri və Yaponiya özünümüdafiə qüvvələri dekabrda bütün “Osprey” təyyarələrinin istifadəsini dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru