İndoneziyada Merapi vulkanı yenidən püskürüb

15-01-2024, 07:14           
İndoneziyada Merapi vulkanı yenidən püskürüb
İndoneziyada Merapi vulkanı yenidən püskürüb.

Gununsesi.info “Reuters“-ə istinadən verdiyi xəbərə görə, İndoneziya Geoloji Agentliyi vulkan külünün 1300 metr yüksəkliyə qədər yayıldığını açıqlayıb.

Qərbi Sumatra əyalətində yerləşən vulkan yerli vaxtla saat 03.37 radələrində ən azı iki dəfə püskürüb. İndoneziya Geoloji Agentliyi vulkanın ocağından 4,5 km radiusda əhalinin evakuasiya olunmasına çağırıb.

Eyni zamanda vulkan külü ilə bağlı əhaliyə tibbi maskalardan istifadə məsləhət görülüb.

Qeyd edək ki, keçən ilin dekabrında Merapi vulkanının püskürməsi nəticəsində 20 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru