Pakistanda seçki sonrası etirazlar xaosa səbəb oldu

13-02-2024, 16:58           
Pakistanda seçki sonrası etirazlar xaosa səbəb oldu
Pakistanda fevralın 8-də keçirilən ümumi seçkidən sonra keçmiş baş nazir İmran Xanın partiyası - “Pakistan Ədalət Hərəkatı”nın tərəfdarları seçkilərin saxtalaşdırıldığını iddia edərək etirazlarını davam etdirirlər.

Üç gündür ölkə boyu etiraz aksiyası keçirən Xan tərəfdarları Kəraçidə “Camaat-e-İslami” partiyası ilə birgə oturaq etiraz aksiyası keçirib.

Həmçinin, etirazçılar Pişəvər-İslamabad magistral yolunu bağlayıblar.

Lahorda təxminən 200 Xan tərəfdarından ibarət qrup polisin dəyənəklərlə müdaxiləsindən sonra dağılıb. Nümayişçilər “Pakistan Müsəlman Liqası”nın lideri və keçmiş baş nazir Navaz Şərifə qarşı şüarlar səsləndiriblər.

Qeyd edək ki, “Pakistan Ədalət Hərəkatı” 264 yerlik parlamentdə 92 yer qazanaraq seçkilərdə ən çox yer qazanan partiya olsa da, heç bir partiya hökuməti qurmaq üçün lazım olan 135 yerə sahib ola bilməyib.
Şərifin partiyası isə seçkidə 79 yer qazanaraq ikinci olub.

Hazırda Şərif 54 mandat qazanan Bilaval Bhutto Zardarinin rəhbərlik etdiyi Pakistan Xalq Partiyası ilə koalisiya hökuməti danışıqları aparır.

Mənbə: CNN Türk​












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru