İran prezidenti İbrahim Rəisi ölkənin Ali dini liderini seçən Ekspertlər Şurasına seçkilərdə qalib gəlib. Yenisabah.az xəbər verir ki, o, namizədliyini Cənubi Xorasan vilayətindən irəli sürmüşdü.
Rəisi seçicilərin 87%-nin səsini qazanaraq yeganə rəqibinə qalib gəlib.
Eyni zamanda, 6-cı çağırış Ekspertlər Şurasına seçkilərdə bir sıra tanınmış din xadimləri, o cümlədən İranın məhkəmə hakimiyyətinə rəhbərlik etmiş Sadeq Laricani düşə bilməyib.