Hindistan yeni hərbi bazasını açır

4-03-2024, 18:14           
Hindistan yeni hərbi bazasını açır
Hindistan Hərbi Dəniz Qüvvələrinin yeni “Jatayu” bazası martın 6-da Lakşadvip İttifaqı ərazisindəki Minikoy adasında açılacaq.

Məlumata görə, baza strateji əhəmiyyətli ərazidə təhlükəsizlik infrastrukturunu gücləndirmək üçün nəzərdə tutulub.

Bildirilib ki, Minikoydakı baza bölgədəki ikinci hərbi dəniz bazası olacaq. O, Dəniz Qüvvələrinin əməliyyat imkanlarını təkmilləşdirəcək, regionda, xüsusən də quldurlara və narkotrafikə qarşı mübarizə əməliyyatları ilə bağlı imkanlarını genişləndirəcək.
Qeyd olunub ki, Minikoy həyati əhəmiyyətli dəniz kommunikasiyalarının kəsişməsində yerləşən bir adadır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru