Qantz icazəsiz ABŞ-a getdi, Netanyahu əsəbiləşdi

4-03-2024, 09:49           
Qantz icazəsiz ABŞ-a getdi, Netanyahu əsəbiləşdi
İsrailin fövqəladə kabinetinin üzvü Benni Qantz ABŞ-a gedib.

Axar.az “Tayms of İsrail”ə istinadla xəbər verir ki, Qantsın bu gün ABŞ-ın vitse-prezidenti Kamala Harris, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sullivan və Ağ Evin Yaxın Şərq üzrə müşaviri Brett Makqark ilə görüşü planlaşdırılır.

Onun ikinci gün ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü nəzərdə tutulub. Daha sonra Qantz Londona uçmağı və xarici işlər naziri Devid Kemeron və digər rəsmilərlə görüşməyi planlaşdırır.

Bildirilir ki, Baş nazir Netanyahu Qantzın onun icazəsi olmadan səfərə çıxmasından əsəbiləşib və ABŞ səfirinə onun görüşlərinə dəstək olmamağı tapşırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru