Ukraynanın Qazaxıstandakı sabiq səfiri barədə həbs qərarı verilib

4-03-2024, 11:28           
Ukraynanın Qazaxıstandakı sabiq səfiri barədə həbs qərarı verilib
Moskva məhkəməsi Ukraynanın Qazaxıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Pyotr Vrublevski haqqında həbs qərarı çıxarıb.

Azpost.info TASS-a istinadən bildirir ki, ukraynalı diplomat federal və beynəlxalq axtarışa verilib.

2022-ci ilin avqustunda qazaxlı bloger Dias Kuzairovla müsahibəsində Vrublevski Ukraynanın mümkün qədər çox rusu öldürməyə çalışdığını bildirib.

Bundan sonra xarici işlər nazirinin müavini Ermuxambet Konuspayev Qazaxıstan Xarici İşlər Nazirliyində onunla görüşüb, Ukraynadan olan diplomatın ruslarla bağlı açıqlamalarına görə etriaz edilib.

Daha sonra Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov qeyd edib ki, ukraynalı siyasətçi verdiyi bəyanatlara görə Qazaxıstan Xarici İşlər Nazirliyindən üzr istəyib. Lakin o, ölkədən qovulmayıb, məzuniyyətə gedib.

Vrublevski sonradan tutduğu vəzifədən uzaqlaşdırılıb.

Ukraynanın keçmiş səfirinin qiyabi həbsi barədə qərar çıxaran Moskvanın Basmannı məhkəməsinin məlumat bazasında qeyd edildiyi kimi, müvafiq qərardan hələ ki, apellyasiya şikayəti verilməyib.

Eyni zamanda, məhkəmə və Rusiya hüquq-mühafizə orqanları Ukraynanın Qazaxıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfirinə qarşı cinayət işi ilə bağlı təfərrüatları dəqiqləşdirməyiblər.

“Rosfinmonitorinq” onu fevralın əvvəlində terrorçu və ekstremistlər siyahısına daxil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru