ABŞ-da partlayış baş verib, 3 nəfər ölüb

13-08-2016, 09:23           
ABŞ-da partlayış baş verib, 3 nəfər ölüb
ABŞ-da baş vermiş partlayış zamanı 3 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Vaşinqton yaxınlığındakı Silver Sprinqdə baş verib.

Polis şefinin müavini Rass Xemill bildirib ki, məişət qazının sızması səbəbindən çoxmənzilli yaşayış binasında partlayış baş verib. Nəticədə 100 nəfər evsiz-eşiksiz qalıb. Onlar müvəqqəti olaraq yerli kitabxanaya yerləşdirib.

Polis nümayəndəsinin sözlərinə görə, xilasetmə işləri binanın uçması təhlükəsi ilə daha da çətinləşir.

"Bina uçması təhlükəsi altındadır və bu, xilasedicilər üçün təhlükəlidir", - deyə Xemill bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru