Ukrayna PUA-ları Tatarıstandakı dron zavodlarını hədəfə aldı
2-04-2024, 15:08
Tatarıstanın Yelabuqa şəhərində PUA hücumu nəticəsində 6 nəfər yaralanıb.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bundan əvvəl bir yetkin şəxs və iki yeniyetmənin qəlpə yaraları aldığı bildirilmişdi.
Yelabuqa və Nijnekamskdakı müəssisələrdə ciddi dağıntı olmayıb və texnoloji proses pozulmayıb.
Mart ayından Rusiya neftayırma zavodlarına və digər sənaye obyektlərinə Ukraynanın dron hücumları artıb.
Keçən ilin avqustda "Washington Post" qəzeti yazmışdı ki, Rusiya Yelabuqadakı zavodda İran modelli dronların istehsalını qurmaq istəyir.
2023-cü ilin fevralında "Wall Street Journal" ABŞ-ın müttəfiqlərindən birinin adı açıqlanmayan rəsmilərinə istinadən xəbər vermişdi ki, Moskva və Tehran Rusiyada Ukraynadakı müharibə üçün İran istehsalı olan ən azı 6 min pilotsuz uçan aparat istehsal edə biləcək yeni zavod tikmək planları hazırlayır. .
"Telegram" kanallarında yayımlanan videolarda, iddiaya görə, Ukrayna PUA-ları məhz həmin müəsəsisələri hədəfə alıb.