DİRİLİB YENİDƏN HƏYATA QAYIDACAQLARINI ALKORDA GÖZLƏYƏN CƏSƏDLƏR.
27-07-2024, 08:14
İNSAN NƏ VAXTSA DİRİLƏCƏYİNƏ İNANIR.
DURU AZOT MƏZARLIĞINDA "DƏFN" NECƏ BAŞLADI?
***
Həkimlər Kaliforniyanın Qlendeyl şəhərindəki "2060 Eleanore Drive" ünvanına çatanda James Bedford son nəfəsini verirdi.
73 yaşlı Bedford ölümcül xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Bu yaxınlarda o, hospis xidməti (ümidsiz xəstəyə tibb yardımını evdə göstərmə xidməti - T.A.) üçün xəstəxanadan qonşularının evinə köçürülmüşdü. 1967-ci il yanvarın 12-də günorta saatlarında Bedfordun ölüm anının yaxınlaşdığı barədə tibb bacıları tərəfindən xəbərdar edilən Dr. B. Renault Able onun ölüm yatağına gəldi. Bedford mızıldandı: "Özümü daha yaxşı hiss edirəm" və sonra sakitcə saat 13:15-də öldü.
Yaxşı, bir növ.
Bedfordun cəsədi hazırda Arizonadakı ALCOR (ALKOR) adlanan müəssisədə özünün diriləcəyi günü gözləyir. 57 ildən artıqdır ki, o, metal boruda uyuyur: bəşər tarixində kriogen yolla dondurulmuş ilk insan kimi.
Hekayə qəribəlik, fəsadlar və kriogeniklərə hansı nəzərdən baxmağınızdan asılıdır: o həm yanlış nikbinlik də ola bilər və ya ruhlandırıcı ümid də.
Bedford 1893-cü ildə Massaçusets ştatının Pitsfild şəhərində anadan olub. 4 yaşında ikən, o, ölümlə əlbayaxa vuruşdu: difteriya ilə bir həftəlik döyüş, az qala həyatını alacaqdı. Lakin uşaq sağaldı və macəra və nailiyyətlərlə dolu bir həyat yaşadı.
Gənc yaşlarında Bedford Kaliforniyaya köçdü və Kaliforniya universiteteində (UC Berkeley) oxudu və burada San Joaquin Vadisindəki Escalon şəhərində orta məktəbdə dərs deyədeyə magistratura təhsili aldı. Onun həyat mövzuzu peşə təhsili və karyera inkişafı idi ki. o bu mövzuda bir sıra kitablar nəşr etdi.
1938-ci ildə Los Angeles Times qəzetinə demişdi:
“Gənclər gələcəklə şübhə, rüsvayçılıq və ümidsizlik hissləri ilə üzləşəcəklər". O bunu yüngülləşdirə biləcəyinə ümid edirdi.
Yeniyetmələrə faydalı karyera qurmalarında kömək etmək məqsədilə yay tətili zamanı Bedford dünyanı gəzib dolaşırdı. O, Afrikada Safariyəni, Cənubi Amerikanın tropik meşələrini gəzdi, Avropada getmədiyi yer qoymadı. Beləliklə, bəlkə də o, 70 yaşında xərçəng olduğunu biləndə dünyaboyu səfər macərasının bitəcəyinə hazır deyildi. O, yeni yaranmaqda olan bir mövzu haqqında daha çox məlumat əldə etmək üçün ora-bura zənglər edir, "İNSAN KRİOGENASI" barədə məlumat almaq istəyirid. Nəhayət, Bedford bəzi qəzetlərdə televizor təmirçisi kimi təsvir edilən Kaliforniya Cryonics Cəmiyyətinin prezidenti Robert Nelson ilə əlaqə saxladı. Nelson Bedford-a qrupu ilə ömrü uzatmaq üçün axtardıqları xidmətlərlə onu da təmin edə biləcəklərini söylədi.
Nelson Associated Press-ə dedi: "O, mənə dəfələrlə zəng edib bu prosesin başlanğıcı və sonu barədə hər şeyi detallarınacan öyrənirdi"
Bedfordun həyatının qalan hissəsini dondurmağa hazırlamaq üçün Cryonics Cəmiyyətinin həkimlərinin onun öldüyü andan cəmi yeddi dəqiqə vaxtları var idi. Onlar bu müddət ərzində pasientin beyninə oksigen axmasını təmin etmək üçün onu süni tənəffüsə aparatına qoşmalı, qanını əvəz etmək və orqanlarını donmadan qorumaq üçün isə damarlarına güclü oksidant olan Dimetil sulfoksid (CH3)2SO) vurmalıydılar. Bunu etdikdən sonra həkimlər qrupu onu Ed Hope adlı Feniks parik ustası tərəfindən yaradılmış metal boru formalı kapsulun içinə - buzun üstünə qoydular. Daha sonra, cəsəd cənazə maşını ilə Los-Anceles meyitxanasından Arizonadakı krionika müəssisəsinə aparıldı.
Anonim bir meyitxana işçisi Times-a deyib: "Biz bununla bağlı məxfiliyə and içdik". "Biz konteynerə baxmadıq, amma həkim bizə dedi ki, orada cəsəd var."
Bir neçə gün sonra, Cryonics Cəmiyyəti dünyaya ilk insanın maye azotla uğurla dondurulduğunu və xərçəngin müalicəsi tapıldıqda, ona yenidən can veriləcəyi prosesinə tam hazır olduğunu elan etdi.
"Bedford özünün diriləcəyini gözləyən ilkin "donor" kimi nəhəng termos şüşəsində 20.000 il ! ərzində dayandırılmış animasiyada saxlanıla bilər" deyə, yazırdı Times.
Alimlər buna şübhə ilə yanaşırdılar. UCLA biotexnologiya laboratoriyasının rəhbəri Dr. Con Lyman layihəni “Son dərəcə sadəlövh” və “absurd” adlandırıb.
"Hüceyrələrin metabolizması pozulur və hətta kiçik cisimlər də maye azotla soyuduqda hüceyrələr partlayır və oradan çıxan şey çanaq kimi bir şeyə çevrilir". Dimetil sulfoksidi kəşf edən Oreqon Universitetindən Dr. Stanley Jacob bu tətbiqdən çox təsirlənmədi. "Qorxuram ki, yoxsulların pulları boşa gedə, çünki indiki üsullarla onların etməyə çalışdıqları şeyi həyta keçirmək mümkün deyil.
Bir dəfə donub öldüsə, bir də o geri qayıtmaz."
Bedforda qulluq edən tibb bacıları da şübhəli idilər. Anlardan biri demişdi: “Ölümsüzlük qüdrəti yalnız Allaha məxsusdur”.
Şəkildə - Kriogen dondurulmuş ilk insan Ceyms Hiram Bedford
və Duru azotla soyudulan Kriogenik boru (məzar - T.A.)
***
PS: Diriləcəklərinə inanıb özlərinə Kriyogen məzarlığını seçən imkanlıların sayı indi çox-çoxdur.
Tariyel Azerturk
TEREF