Övladı Maskın ittihamlarına cavab verib - O, laqeyd və narsistdir

27-07-2024, 10:43           
Övladı Maskın ittihamlarına cavab verib -
“SpaceX” və “Tesla” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Maskın cinsiyyətini dəyişdirən övladı Vivian Cenna Uilson, bu prosedura icazə verən sənədləri imzalayarkən atasının aldadılması ilə bağlı ittihamlarına cavab verib.

Gununsesi.info-nun məlumatına görə, o bu barədə cinsiyyətini dəyişdirdikdən sonra ilk dəfə müsahibə verdiyi “NBC News”a danışıb.

“Düşünürəm ki, o, mənim heç nə deməyəcəyimi və mənim onun dediklərinə etiraz etməyəcəyimi güman edirdi. Mənim haqqımda milyonlarla auditoriyaya açıq-aşkar yalan danışmasına icazə verməyəcəyəm”, – o deyib.

Uilson Maskın dəstəkləyici bir ata olmadığını söyləyib və onun həyatında nadir hallarda iştirak etdiyini, onu, bacılarını analarının və ya dayələrinin himayəsinə buraxdığını bildirib:

“O, soyuq idi. Çox tez qəzəblənirdi. Üstəlik, laqeyd və narsistdir”.

Vivian yeniyetmə vaxtı transgender olduğu üçün atasının ona qarşı qəddar davrandığını söyləyib. O, həmçinin bildirib ki, Mask aldanmayıb və cinsiyyətinin dəyişdirilməsinə razılıq verərkən imzaladığı sənədlərdən xəbəri olub.

Xatırladaq ki, Mask bu yaxınlarda müsahibəsində Uilsonun cinsiyyətini dəyişdirərkən məsələdən xəbərsiz olduğunu, aldadıldığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.