"Bu, kasıb təbəqənin başına açılan oyundur" - ETİRAZ VAR...

27-07-2024, 00:09           
"Bu, kasıb təbəqənin başına açılan oyundur" - ETİRAZ VAR...
Yardımlı rayonu, Alar kənd sakini Şahverənov Mirzəli Mirzəağa oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiaysına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial yardımla bağlı müraciətinə əsassız olaraq imtina cavabı verib:

“Mən, Şahverənov Mirzəli Mirzəağa oğlu, yazaraq bildirirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir ildir bizim sosial yardımla bağlı müraciətimizə imtina cavabı verir.

7 mart 2024-cü ildə də müraciət etdim, iyunun 3-də gəlib yoxlayıb getdilər. Yenə imtina cavabı verildi. İmtinanın səbəbini öyrənəndə inanın məəttəl qaldım. Öz şəxsi nömrəmdə kontur olmadığı üçün, 142 xidmətinə atamın nömrəsi ilə zəng vurduğum üçün mənə imtina veriblər.

Ailədə 5 nəfərik, yoldaşım məktəbdə işləyir, dolanmaq çətindir.

Hansı qanunda var ki, 142 "qaynar xətt"inə başqa nömrə ilə zəng vuranda ünvanlı sosial yardıma imtina verməlidirlər?! Sadəcə, biabırçılıqdır. Bu, kasıb təbəqənin başına açılan oyundur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru