Hərbi-Gürcüstan yolu selə görə bağlanıb

27-07-2024, 00:14           
Hərbi-Gürcüstan yolu selə görə bağlanıb
Gürcüstanda baş verən sel səbəbindən Hərbi-Gürcüstan yolunda bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

“Aznews.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Gürcüstan ərazisində baş vermiş sellə əlaqədar olaraq avtomobillərin təhlükəsiz keçidinin təmin edilməsinin mümkünsüzdür, Vladiqafqazla Lars arasındakı ərazidə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, - məlumatda deyilir.

Məhdudiyyətlər növbəti xəbərdarlığa qədər tətbiq ediləcək.

Qeyd edək ki, Hərbi-Gürcüstan yolu yüksək dağlıq ərazilərdən keçir və bu, hazırda Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yoludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru