Təxribat üçün niyə yenə Tovuz seçildi? - Ermənistanın şok planı üzə çıxdı

27-07-2024, 11:03           
Təxribat üçün niyə yenə Tovuz seçildi? - Ermənistanın şok planı üzə çıxdı
Ermənistan tərəfi Kəlbəcər və Tovuz təxribatlarına görə Azərbaycanın sərt reaksiyasından nəticə çıxartmalıdır. Erməni tərəfinin mütəmadı olaraq Kəlbəcərdə, uzun müddətdən sonra isə Tovuz rayonu istiqamətində təxribat törətməsi suallar doğurur. Çünki Tovuz-Qazax istiqaməti Azərbaycan üçün çox əhəmiyyətli strateji region hesab edilir.

Bunu Teleqraf.com-a politoloq Zaur Məmmədov deyib.

O qeyd edib ki, bu regiondan Azərbaycanın təbii qaz, neft və digər vacib kommunikasiya xəttləri keçir:

“Ermənistanın indiki təxribatı bizə 2020-ci ilin iyul hadisələrini xatırlada bilərdi. Nəticə etibarı ilə hazırda Ermənistanın Azərbaycana hücum etmək üçün gücu yoxdur. Amma bu kimi kəşfiyyat-diversiyaları etməklə istənilən vaxt təxribat törətmələrinə dəlalət edən hadisələrə şahidlik edə bilərik”.

Politoloq hesab edir ki, Ermənistan Azərbaycanın hansısa bir ərazisini işğal edə bilməz:

“Erməni tərəfi belə təxribatlar törətməklə Avropa və Qərbin müəyyən strukturlarından daha çox təhlükəsizliyi üçün maliyyə almaq, Azərbaycanı beynəlxalq təşkilatlarda tənqid etmək və özü dividentlər qazanmaq niyyətindədir”.

Zaur Məmmədova görə, erməni tərəfi hər dəfə bu kimi təxribatları törətsə də, nədənsə bəzi beynəlxalq təşkilatlar, xüsusən, Fransa kimi dövlətlər Azərbaycanı günahlandırır:

“Məqsəd bu kimi təxribatlar fonunda hadisələri daha da genişləndirmək və Azərbaycanı bu və ya digər məsələlərdə günahlandırmaqdır. Ona görə də, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı göstərir ki, biz kiminsə fikirlərini, rəyini nəzərə almaq niyyətində deyilik. Azərbaycan təxribatlara istənilən anda adekvat cavab verə bilər. Yaxşı olardı ki, erməni tərəfi odla oynamasın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.