Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!

27-07-2024, 11:07           
Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!
Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir.
AQTA bildirir ki, zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik rəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qida hazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etmək lazımdır:- Əllər yemək hazırlamazdan öncə, əsasən də çiy qidalarla təmasdan sonra yaxşıca yuyulmalıdır;- Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy qidalarla (çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəz) təmasdan sonra yaxşıca təmizlənməlidir;- Yemək hazırlayarkən əldə hər hansı bir yara varsa, sarğı ilə bağlanmalıdır;- Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməlidir.Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru