“Rusiya bütün NATO ölkələrindən üç dəfə çox sursat istehsal edir” – Pentaqon

12-04-2024, 12:44           
“Rusiya bütün NATO ölkələrindən üç dəfə çox sursat istehsal edir” – Pentaqon
“Rusiya bütün NATO ölkələrindən üç dəfə çox artilleriya mərmisi istehsal edir”.

Bu qiymətləndirməni NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, amerikalı general Kristofer Kavoli verib.
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə hərbi liderdən Rusiyanın sursat istehsalında Ukraynadan üçə bir üstünlüyü olmasının doğru olub-olmaması soruşulub.
“Xeyr, Rusiyanın NATO ölkələri üzərində üçə bir üstünlüyü var”, - Kavoli cavab verib.
General həmçinin qeyd edib ki, onun fikrincə, Vaşinqton Kiyevə daha çox ATACMS taktiki ballistik raket variantları təqdim etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru