Venesuelada acların zooparka hücumu - heyvanları öldürməyə başlayıb

19-08-2016, 21:28           
Venesuelada acların zooparka hücumu - heyvanları öldürməyə başlayıb
Venesuelada aclıqdan əziyyət çəkən insanlar yemək xatirinə zooparklara hücum edərək, heyvanları öldürürlər.

FaktXəbər-in məlumatına görə, bu barədə yerli KİV-lər yazıb.

Məlumatda bildirilir ki, Venesuelada irimiqyaslı iqtisadi böhran səbəbindən on minlərlə insan aclıqdan əziyyət çəkir. Bu səbəbdən ölkənin paytaxtı Karakasda insanlar vaxtaşırı yemək xatirinə zooparkdakı heyvanları öıdürürlər.

Zooparkın əməkdaşları bildirib ki, cinayətkarlar hadisə yerində heyvanların yalnız baş ve qabırğalarını saxlayır.

Onlar bunu da vurğulayıblar ki, böhrana görə heyvanlar da aclığa tab gətirmir. Əməkdaşların sözlərinə görə, son bir neçə gün ərzində zooparkda 50-yə yaxın müxtəlif heyvan ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.