Təyyarələrdə yeni təhlükəsizlik tədbiri: Artıq 7 əşyanın baqajda olmasına icazə verilməyəcək

28-05-2025, 10:34           
Təyyarələrdə yeni təhlükəsizlik tədbiri:
Hava nəqliyyatında təhlükəsizliyi artırmaq üçün mühüm dəyişiklik edilib. Artıq bəzi əşyaların aviabaqajda aparılması qadağan olunacaq.

Demokrat.az xəbər verir ki, yanğın riski və ya təhlükəsizliyə təhlükə yarada bilən əşyaların ABŞ-a uçuşlarda baqaja aparılması qadağandır. Verilən açıqlamalara görə, artıq bu əşyalar yalnız əl yükündə daşınmalı olacaq.

Bu barədə Nəqliyyat Təhlükəsizliyi İdarəsi (TSA) və Federal Aviasiya İdarəsi (FAA) qərar qəbul edib.

Yeni qadağalara əsasən powerbank, telefon doldurma qutuları, əlavə litium-ion batareyalar, əlavə litium-metal batareyalar, telefon batareyaları, noutbuk batareyaları, xarici batareya paketlərinin və ya portativ şarj cihazlarının təyyarənin yük anbarında daşınması qadağandır.

FAA-nın məlumatına görə, bu akkumulyatorlar həddindən artıq istiləşə, alov ala bilər. Yük anbarında başlayan yanğınlar çox sürətlə yayıla və təyyarəni təhlükə altına qoya bilər. Buna görə də, bu cür əşyaların uçuş təhlükəsizliyini birbaşa təhdid edə biləcəyi üçün təyyarədə daşınması məhdudlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru