Tez arıqlamaq üçün gözlənilməz qida - Diyetoloqdan MƏSLƏHƏTLƏR

Dünən, 10:58           
Tez arıqlamaq üçün gözlənilməz qida -
Bəzi qidalar uzun müddət aclıq hissini yatırır və beləliklə də tez arıqlamağa kömək edir.

"Daily Mirror"un xəbərinə görə, bu barədə britaniyalı diyetoloq Franklin Cozef danışıb.

Həkim tez arıqlamağa kömək edən effektə malik gözlənilməz məhsulu açıqlayıb.

Onun sözlərinə görə, popkorn uzun müddət toxluq hissini saxlayır və eyni zamanda heç bir kalori ehtiva etmir. Yeganə şərt odur ki, o, kərə yağsız və şəkərsiz halda qəbul edilsin.

Diyetoloq əlavə edib ki, həmçinin kərəviz, xiyar və yerkökü kimi xırtıldayan çiy tərəvəzlər də aclığı aradan qaldırmağa və arıqlamağa kömək edir.

Franklin Cozef onu da vurğulayıb ki, yumurta, yulaf, mərci və lobya yedikdən sonra da toxluq hissi uzun müddət qalır.

"Paxlalılar günün sonunda şam yeməyi üçün əla seçimdir. Çünki onların həzm olunması və orqanizmdə təbii toxluq hormonlarının işə düşməsi üçün daha çox vaxt tələb olunur və bu təsir uzun müddət davam edir", - deyə o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.