Hindistan əhalinin sayına görə dünyada birinci yerə yüksəlib
22-04-2024, 12:54
Hindistanda demoqrafik göstəricilərin artması ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və doğuş zamanı ana ölümlərinin səviyyəsinin azalması ilə bağlıdır (2020-ci ildə - 8%, 1990-cı ildə - 26%).
Çinin əhalisi 2022-ci ildə pik həddinə çatıb və yavaş-yavaş azalmağa başlayıb. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) hesablamaları bunu göstərir.
Hindistan isə hazırda 1,442 milyard nəfər olan əhalisinin sayına görə dünya liderinə çevrilib olub.
Fondun məlumatına görə, Hindistanda demoqrafik göstəricilərin artması ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və doğuş zamanı ana ölümlərinin səviyyəsinin azalması ilə bağlıdır (2020-ci ildə - 8%, 1990-cı ildə - 26%).
Əhalinin kifayət qədər böyük hissəsini 10-24 yaş arası gənclər (26%) təşkil edir. Kişilər üçün orta ömür uzunluğu 71 yaş, qadınlar üçün isə 74 il qiymətləndirilir.
Reytinqdə ikinci yeri 1,425 milyard insan nəticəsi ilə Çin tutub. Təşkilatın hesablamalarına görə, Çinin əhalisi 2022-ci ildə zirvəyə çataraq 1,426 milyard nəfər olub və yavaş-yavaş azalmağa başlayıb.