ABŞ-da hazırda hava hücumundan müdafiə sistemləri yoxdur - Ceyk Sallivan

27-04-2024, 12:43           
ABŞ-da hazırda hava hücumundan müdafiə sistemləri yoxdur - Ceyk Sallivan
“ABŞ-da hazırda Ukraynaya vermək üçün “Patriot” hava hücumundan müdafiə sistemləri yoxdur”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-nın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

O, bildirib ki, ölkəsinin “Patriot” sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə öz qoşunlarını qorumaq üçün yerləşdirilib:

“Əgər əlavə sistemlər əldə etsək, onları göndərəcəyik”.

Sallivan onu da deyib ki, ABŞ Avropa və dünyanın digər regionlarındakı tərəfdaşlarını Kiyevi mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə inandırmaq niyyətindədir.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski “Patriot”lara ehtiyac olduğu barədə çağırış etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru