Husilər batmış gəminin 10 üzvünü Yəmənə aparıblar

Dünən, 17:08           
Husilər batmış gəminin 10 üzvünü Yəmənə aparıblar
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər iyulun 7-də Qırmızı dənizdə hücum nəticəsində batan "Eternity C" yük gəmisinin azı 10 heyət üzvünü, o cümlədən Rusiya vətəndaşını Yəmənə aparıblar.

TASS xəbər verir ki, dənizçilərin videoyazısını hərəkatın mətbuat xidməti yayıb.

Görüntülərdə husilərin gəmiyə hücumundan sonra Yəmənə apardıqları "Eternity C" heyətinin 10 üzvünün adları və fotoşəkilləri əks olunub. Qiyamçıların suallarını cavablandıran heyət üzvləri bildiriblər ki, yük gəmisi İsrailin Eylat limanına üz tutmalı idi.

"Eternity C"nin göyərtəsində üç mühafizəçi də daxil olmaqla 25 nəfər olub. Heyət 21 Filippin və bir Rusiya vətəndaşından ibarət idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru