Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı

Dünən, 17:38           
Kobi Brayantın ayaqqabısı 240 min dollara satıldı
Milli Basketbol Assosiasiyasının (NBA) beşqat çempionu mərhum Kobi Brayantın "Los-Anceles Leykers"in start heyətində debüt oyununda geyindiyi idman ayaqqabısı hərracda 240 min dollara satılıb.
Bu barədə "SCP Auctions" hərrac evinin Mətbuat Xidməti məlumat yayıb.

Brayant 1997-ci il yanvarın 28-də "Dallas"la matçda "Leykers"in start heyətində debüt edib. Oyun 102:83 hesabı ilə "Leykers"in xeyrinə başa çatıb, Brayant 12 xal, 3 ribaund və 2 məhsuldar ötürmə edib.

Brayant 1996-cı il NBA draftının ilk turunda "Şarlott" klubu tərəfindən 13 nömrəsi ilə seçilib və elə həmin il bütün karyerasını keçirdiyi "Leykers"ə dəyişdirilib. Komanda ilə birlikdə o, beş dəfə (2000, 2001, 2002, 2009, 2010) NBA çempionu olub. 2009 və 2010-cu illərdə Kobi Brayant NBA finallarının ən dəyərli oyunçusu, 2008-ci ildə isə müntəzəm mövsümün sonunda ən dəyərli oyunçu kimi tanınıb. ABŞ milli komandasının tərkibində Kobi Brayant iki dəfə (2008, 2012) Olimpiya Oyunlarının qalibi olub, 18 dəfə NBA "All-Star" Oyunlarında iştirak edib.

Xatırladaq ki, 26 yanvar 2020-ci ildə göyərtəsində 41 yaşlı Brayantın olduğu şəxsi helikopter Los-Anceles yaxınlığında qəzaya uğrayıb. Pilot və bütün səkkiz sərnişin, o cümlədən Brayant və onun 13 yaşlı qızı Cianna həlak olublar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru