Süni intellektin yan effektləri: rəqəmsal müharibələr
Dünən, 15:14

"2030-cu ilə qədər süni intellekt (Sİ) 87 milyon iş yerlərinin itirilməsinə səbəb olacaq.
Sİ 97 milyon yeni iş yeri yaradacaq... Yaxın beş ildə Sİ 15-20 trilyon dollarlıq bir iqtisadiyyat yaradacaq.
Bunu süni intellekt üzrə tanınmış Türkiyəki ekspert Zafer Küçükşabanoğlu demişdi, biz də yazmışdıq.
Sözün doğrusu, Sİ gələcəkdə necə bir iqtisadiyyat yaradacaq, nə qədər iş yeri açıb-bağlayacaq, demək çətindir. Ancaq belə görünür ki, texnologiya əsrində yaşayan indiki və gələcək nəsillər texnologiyanın əsirinə çevriləcək.
Ənənəvi dövlətlər öz daxili və xarici təhlükəsizliyini hardan və kimdən qoruyacağını bilirdi. Sərhədlərini bağlayıb, otururdu və özünü müdafiə etmək üçün ordu saxlayırdı, kəşfiyyat və əks-ləşfiyyat sistemləri qururdu. Sanki hər şey çox sadə idi. Ancaq ind?! Xüsusilə də sabah bu işlər necə olacaq?! Bunu proqnozlaşdırmaq çox çətindir. Ya da çox asandır.
İndiki mərhələdə süni intellekt ona təbii intellektin verdiyi tapşırıqları həll edir. Hazırda bu, bizim köməkçilərimizdir. Növbəti - "kvant mərhələsi" süni intellektin də "təbiət"ini dəyişəcək. Növbəti mərhələdə süni intellekt özü müstəqil olaraq məsələ qoyacaq və onu həll edəcək.
Əslində bundan qorxmaq lazımdırmı? Müəyyən mənada, əlbəttə, bu, çətinliklər vəd edir. Dediyimiz kimi, artıq ifrat rəqəmsallaşmaya doğru gedəm dünyada, süni intellektin gələcəyində dövlətıər də, insanlar özləri də hardan, kimdən və necə bir təhlükə gələ biləcəyini vaxtında və tam kəsdirməyə bilərlər.
Fikir verirsiniz, hazırda elə Azərbaycanın özü ilə bağlı nələr baş verir. Daxili işlər nazirinin, başqa strateji dövlət vəzifəsi tutan şəxslərin adından saxta xəbərlər, çağırışlar yayılır. Hətta ölkə prezidentinin özünün də adından hansısa dezinformasiya tipli "məlumat"lar yayırlar.
Belə məlum olur ki, artıq müharibələrin də yeni tipi yaranıb; rəqəmsal platformalar üzərindən savaşlar gedir. Artıq dünya öz təbii halından çıxıb, rəqəmsal bir məkana çevrilib. Rəqımsal imperiyalar, informasiya imperializmi formalaşıb. Bu baxımdan informasiya mənbələrinin etibarlılıq əmsalı fövqəladə dərəcədə aktuallaşıb. Rəqəmsal media nə qədər sürətlə inkişaf etsə də, əsas prinsip - dəqiqlik aktual olaraq qalır. Operativlik mötəbərliyi arxa plana keçirə bilməyib, əksinə ona ehtiyacı artırıb. Odur ki, mediada peşəkarlıq standartları həmişəkindən daha qabarıq şəkildə önə çıxır.\
bizimyol