Yekaterinburqda beş yaşlı uşağı amansızlıqla qətlə yetirən qəyyum həbs olundu

Dünən, 16:18           
Yekaterinburqda beş yaşlı uşağı amansızlıqla qətlə yetirən qəyyum həbs olundu
Rusiyanın Yekaterinburq şəhərində məhkəmə beş yaşlı Daler Bobiyevin amansızcasına qətlə yetirilməsi ilə bağlı cinayət işinə yekun vurub.

Gazeta.ru xəbər verir ki, məhkəmənin hökmünə əsasən, onun qəyyumu Veronika Naumova qətl və işgəncələrə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Uşaq illərlə ac qalıb, döyülüb, üstünə soyuq su tökülüb. Hər şey 2023-cü ilin iyununda başlayıb. Veronika Naumova ailənin altıncı övladı olan beş yaşlı Bobiyevin itkin düşməsi barədə polisə müraciət edib. O, Dalerin evdən özbaşına getdiyini bildirib.

Bir neçə gün uşağı axtardıqdan sonra onun cəsədini tapıblar. Cəsədin altı ay ailə qarajındakı idman çantasında saxlanıldığı müəyyən edilib.

Məlum olub ki, qadın 2022-ci ilin dekabrında uşağı buzlu suda boğub, bundan əvvəl də döyüb. Uşağı soruşmadan yemək aldığına görə cəzalandırıb.

Yekunda Naumovaya 24 il, cinayətdə əli olan ərinə 5 il həbs cəzası verilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru