Manhettendə atışma zamanı beş nəfər ölüb

Dünən, 16:28           
Manhettendə atışma zamanı beş nəfər ölüb
Nyu-York şəhərinin (ABŞ) Manhetten rayonunun mərkəzində ofis binasında baş verən atışma nəticəsində biri polis olmaqla beş nəfər ölüb, altı nəfər yaralanıb.

Bu barədə "New York Post" (NYP) məlumat yayıb.

Bildirilir ki, silahlı şəxs "Blackstone" maliyyə şirkətinin ofisləri və Milli Futbol Liqasının qərargahının yerləşdiyi 44 mərtəbəli binaya tüfənglə daxil olub. Ətrafa atəş açdıqdan sonra o, 33-cü mərtəbədə barrikada qurub. Həmin şəxs elə orada güllə yarasından ölü tapılıb.

Hadisə yerinə Nyu-York polisi, şerif, Federal Təhlükəsizlik Xidməti, eləcə də istehkamçılar cəlb olunublar. Nyu-York meri Erik Adams videobəyanatında atışma zamanı xeyli insanın yaralandığını, buna görə də ölənlərin sayının durmadan artdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru