Hind okeanında güclü zəlzələ baş verib Dünən, 16:58 Hind okeanında, Hindistana məxsus Nikobar adaları yaxınlığında 6.5 maqnitudalı zəlzələ qeydə alınıb.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.Məlumata görə, yeraltı təkanların episentri İndoneziyanın 250 min nəfərə yaxın əhalisi olan Banda-Açeh şəhərindən 282 km şimal-qərbdə yerləşib.Zəlzələnin ocağı Yerin 10 km dərinliyində olub. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Facebook-da paylaş