Nəhayət, gözləntilər sona çatır: "Şrek" franşizası yeni filmlə qayıdır
Dünən, 15:28
Məşhur "Shrek" ("Şrek") franşizası yeni və maraqla gözlənilən davam filmi ilə geri qayıdır. Bu dəfə baş qəhrəmanın sadiq dostu, tamaşaçıların böyük simpatiyasını qazanan ulaq əsas obraz olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə franşizadakı sözügedən obrazı səsləndirən Hollivud ulduzu Eddi Mörfi məlumat verib.
"Hazırda hələ də çəkiliş pavilyonundayıq və sözün əsl mənasında, "Shrek" üzərində işləməyə davam edirik. Əgər hər şey plana uyğun getsə, sentyabr ayında "Donkey" filminin istehsalına start verəcəyik", - deyə aktyor öz bloqunda yazıb.
Eddi Mörfi əlavə edib ki, "Puss in Boots" ("Çəkməli Pişik") filmində olduğu kimi bu layihədə də orijinal yaradıcı yanaşmalar tətbiq olunarsa, yeni spin-off "Shrek" seriyasının növbəti uğurlu davamına çevrilə bilər.