ABŞ tarifləri birjaları qarışdırdı - Avro ucuzlaşır

Bu gün, 00:12           
ABŞ tarifləri birjaları qarışdırdı - Avro ucuzlaşır
ABŞ və Avropa birjalarında qarışıq tendensiyalar fonunda investorlar tariflərin iqtisadiyyata təsirini dəyərləndirirlər.
ABŞ-ın Avropa İttifaqı ilə imzaladığı yeni ticarət sazişi avropalı məhsullara tətbiq ediləcək tarifləri 30%-dən 15%-ə endirsə də avro dollar qarşısında 0,4% ucuzlaşıb.

"S&P 500" və "Nasdaq" indeksləri müsbət əhval-ruhiyyə fonunda yüksəlsə də, investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) qərarını və inflyasiya ilə bağlı narahatlıqları diqqətlə izləyir.

Qeyd edək ki, Trampın Rusiyaya qarşı yeni enerji sanksiyaları gündəmə gətirməsi ilə "Brend" markalı neftin qiyməti 70 dolları keçib. "JPMorgan" analitikləri xəbərdarlıq edir ki, tariflərdəki artım ABŞ-ninuzun illər davam edən azad ticarət liderliyini zəiflədə və iqtisadi riskləri artıra bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru