Perseid meteor yağışı bütün avqust ayı ərzində şimal-şərq üfüqü üzərində görünəcək.
Bu barədə naukatv.ru xəbər verir.
Meteoritlərin maksimal sayı avqustun 10-dan 13-dək, aktivliyin pik nöqtəsi isə avqustun 13-də Bakı vaxtı ilə saat 00:00-da gözlənilir.
Müşahidə üçün ən yaxşı şərait gün batdıqdan sonra və səhər açılmazdan əvvəl olacaq. Bu müddət ərzində saatda 100-ə qədər meteor və ya zenitdə dəqiqədə 1-2 meteor gözlənilir.