Haker Fransanın nüvə sirlərini oğurlayıb internetdə yaydı
Dünən, 17:24
Fransada haker "Naval Group" müdafiə gəmiqayırma şirkətinin daxili məlumatlarına giriş əldə edib.
Bu barədə "France 3" telekanalı xəbər verir.
"Neferpitou" təxəllüslü haker ölkənin nüvə sirləri də daxil olmaqla 13 giqabaytlıq məlumatı internetdə yerləşdirib.
Digər məlumatlar arasında Fransanın freqatlarında və atom sualtı qayıqlarında istifadə edilən döyüş sistemlərinin mənbə kodu, silah proqram təminatı, şəbəkə diaqramları və istifadəçi təlimatları mövcud olub.