Bayden və Tramp silah hüququ ilə bağlı fərqli mövqedədirlər

22-05-2024, 15:04           
Bayden və Tramp silah hüququ ilə bağlı fərqli mövqedədirlər
Pew Tədqiqat Mərkəzinin sorğularına əsasən, ABŞ əhalisinin təxminən üçdə biri silah sahibidir. Bu, konstitusion hüquq olsa da, məktəblərdə silah atışmaları olanda prezidentlər üçün siyasi bir mövzuya çevrilir. Həmin hadisələrdən Florida məktəbində 2018-ci ildə polislərin şagirdləri təxliyə etməsi ilə nəticələnən atışma olub.

Həmin vaxt prezident olan Donald Tramp silah zorakılığı qurbanlarının ailələri ilə görüşüb.

Sabiq ABŞ prezidenti Donald Tramp: “Bu çox uzun müddətdir davam edir. Çoxlu instansiyalar. Və biz bu işi tamamlayacağıq”.

Prezident kimi Tramp silah zorakılığına qarşı siyasətinə məktəb təhlükəsizliyinin gücləndirilməsi və hətta müəllimlərin silahlandırılması təklifi daxil idi.

Prezidentliyə namizəd kimi isə Tramp ölkənin aparıcı silah lobbisinə silahların fərdi töhlükəsizlik üçün vacib olduğunu deyib.

Sabiq ABŞ prezidenti Donald Tramp: “Ölkəmiz cəhənnəmə gedir. Azğın dəstələr və amansız cinayətkarlar küçələrimizdə qorxu yayır və saxtakar Co Baydenin zəifliyi bizi III Dünya Müharibəsinin astanasına gətirir”.

Milli Tüfəng Assosiasiyasının dəstəyini qəbul edərkən Tramp Baydenin qanuna riayət edən vətəndaşların əlindən silahları almağa cəhd etdiyini və insanlara silah haqqı verən konstitusiyanın ikinci düzəlişini ləğv etməyə çalışdığını deyib.

Sabiq ABŞ prezidenti Donald Tramp: “Bizim ikinci düzəlişimiz olmalıdır. Onun mənası var. Əgər olmasa, biz bu ölkədə indiyədək görünməyən ölüm və məhvolma səviyyəsi müşahidə edəcəyik.”

2022-ci ildə Texasda ibtidai məktəbə hücum edən silahlının 19 uşaq və iki müəllimi öldürməsindən sonra Bayden hərəkət etmək vaxtı olduğunu dedi.

ABŞ prezidenti Co Bayden: “Bir xalq kimi sual verməliyik ki, Tanrı xətrinə, nə zaman silah lobbisinə qarşı ayağa qalxacağıq? Tanrı xətrinə, biz nə zaman edilməli olduğunu anladığımızı edəcəyik?”

Ağ Ev və Konqres gənc silah alıcıların tarixçəsinin yoxlanması, o cümlədən özlərinə və ya digərlərinə təhlükə yaradan insanların əlindən silahların alınması üçün ştatlara yardımla bağlı ikipartiyaları razılıq əldə ediblər.

Bayden seçki kampaniyası çərçivəsində görüşlər zamanı daha sərt qanunların tərəfdarı olduğunu bildirir. Xüsusən də silah zorakılığına məruz qalmış icmalarda.

ABŞ prezidenti Co Bayden: “Mən son 30 il ərzində ən əhəmiyyətli silah təhlükəsizliyi qanununu imzalamışam. Bilirəm ki, bu, matəmdə bir olduğum icma üçün vacibdir. Mən Atlantanı, Half Moon Bay-i və Monterey Parkı xatırlayıram.”

2022-ci ildə Respublikaçıların Nümayəndələr Palatasında üstünlük əldə etməsindən bəri silahlara nəzarətlə bağlı yeni qanun qəbul edilməyib. Demokratların lideri Hakim Cefris buna səbəbin Tramp dəstəkçiləri olduğunu deyir.

Nümayəndələr Palatasında Demokratların lideri Hakim Cefris: “Bu gün MAGA ekstrimistləri və heç nə etməyən Konqres Respublikaçıları şəhəri Amerikanı bürümüş silah zorakılığı epidemiyasına qarşı bir iş görmədən tərk edirlər.”

ABŞ seçicilərinin silah haqda baxışları siyasi xəttə müvafiq olaraq bölünür. Pew Tədqiqat Mərkəzinin göstəricilərinə əsasən, Respublikaçılar və Respublikaçılara meylli müstəqil seçicilər Demokratlar və Demokratlara meylli müstqil seçicilərdən iki dəfə çox ehtimalla silah sahibləridirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.