Trampın məhkəmə işində şahidlərin dindirilməsi başa çatıb
22-05-2024, 15:14
Çərşənbə axşamı Nyu Yorkda Donald Trampa qarşı qaldırılan cinayət işi əlaqədar məhkədə ifadələr başa çatıb. Bu ilk dəfədir ki, ABŞ prezidenti cinayət mühakiməsi ilə üzləşir. Donald Trampın vəkilləri və ittihamçılar isə 12 üzvlük münsiflər məhkəməsinə son iddialarını mayın 28-də təqdim edəcək və artıq ondan bir gün sonra münsiflər məhkəməsi Trampın təqsirli olub-olmadığına dair müzakirələrə başlayacaq.
Tramp uzun müddətdir öz müdafiəsinə ifadə vermək istədiyini bildirsə də, nəticədə bunu etməyib. O, müdafiə vəkillərinin altı həftədir davam edən məhkəmədə yalnız iki şahidi dindirərək ifadələrini bitirməsindən sonra məhkəməni tərk edib.
Tramp məhkəmənin girişində yumruğunu havaya qaldırıb, amma müxbirlərin niyə ifadə verməməsi ilə bağlı suallarını cavablandırmayıb.
Trampa qarşı cinayət işinin mərkəzində ittihamçıların onun bir zamanlar vəkili olan Maykl Kohenə 2016-cı il prezident seçkisindən bir az öncə porno ulduz Stormi Danielsə susması üçün 130 min dollar pul ödəməsinə göstəriş verdiyinə dair ittihamlar var.
İttihamçılar iddia edir ki, məqsəd Danielsin on il öncə Trampla yaşadığı bir gecəlik münasibətlə bağlı iddiaları ilə səssiz qalmasını təmin edərək Trampın sonda qalib gəldiyi seçkinin nəticələrinə təsir göstərmək idi.
34 maddədən ibarət ittiham aktında sabiq prezident Kohenə Danielsin susması üçün geri ödədiyi pulu gizlətmək məqsədilə Trump Organization daşınmaz əmlak şirkətində biznes qeydlərini saxtalaşdırmaqda və həmin pulun Kohenə hüquqi işlər üçün ödənildiyini iddia etməkdə günahlandırılır. Ancaq Kohen dörd gün verdiyi ifadələr zamanı bunun belə olmadığını deyib.
Tramp Danielslə münasibəti olduğunu və ona qarşı sürülən bütün itihamları inkar edib.
Məhkəmə adətən çərşənbə günündən sonra tətilə getdiyi və növbəti bazar ertəsi günü ABŞ-da Anım günü olacağı üçün, Nyu York Ali Məhkəmə hakimi Huan Merçan yekun məhkəmənin gününü təxirə salıb.
O münsiflər məhkəməsinə “Məncə edə biləcəyimiz ən yaxşı şey məhkəməni növbəti çərşənbə axşamınadək təxirə salmaqdır. Həmin zaman siz vəkillərin yekun sözlərini dinləyəcəksiniz. Ehtimal ki, çərşənbə günü mən sizi münsiflər məhkəməsinə verilən təlimatları dinləməyə çağıracam və ondan sonra mən sizin çərşənbə günü müzakirələrə başlamanızı gözləyirəm.”
Merçan münsiflər məhkəməsinə məhkəmə barədə danışmamalarını və ya işi araşdırmamalarını əmr edib və deyib ki, “hər iki tərəf iddialarını irəli sürdüyü üçün, siz bir az rahatlaya biləcəyinizi düşünə bilərsiniz, amma əslində bu təlimatlar indi dava vacib hal alır.”
Hakim vəkillərdən münsiflər məhkəməsinə verməli olduğu təlimatlarla bağlı iddiaları dinləmək üçün çərşənbə axşamı günorta saatlarında onlarla sessiya keçirir.