Da Vinçinin daha bir sirri aşkar edildi -Foto

27-08-2016, 09:16           

XV əsrdə yaşamış italyan rəssamı, filosofu və ixtiraçısı Leonardo Da Vinçinin daha bir müəmması üzə çıxıb. 1493-cü ildə yazılan və Da Vinçiyə aid edilən kiçik qeyd dəftərçəsində çəkilən çertyoj və səliqəsiz halda yazılan qeydlər əslində XV əsrdə böyük fiziki kəşfin həyata keçdiyini xəbər verir. Maraqlısı budur ki, 220 ildən sonra aşkarlanan dəftərçə hazırda Londonun məşhur “Viktoriya və Albert” muzeyində qorunur.
Dəftərçədəki çertyoj və qeydləri incələyən mütəxəssislər Da Vinçinin XX əsrdə fizika elminə tanış olan sürtünmə qüvvəsi haqqındakı təsəvvürlərinin haradan qaynaqlandığına heyrət edirlər. Onların fikrincə, sürtünmə qüvvəsi yalnız müasir fiziki avadanlıqların köməyi ilə aşkarlana bilərdi.
Xatırladaq ki, Da Vinçinin qeyd dəftərçəsindəki foto və çertyojlar uzun müddət heç kəsin diqqətini cəlb etməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru