Klintonlar Baydenə pul yığmaq üçün kömək edəcəklər

28-05-2024, 13:08           
Klintonlar Baydenə pul yığmaq üçün kömək edəcəklər
ABŞ-nin keçmiş Prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton iyunun 18-də hazırkı ölkə başçısı Co Baydenin seçki kampaniyası üçün keçirilən genişmiqyaslı ianə aksiyasında iştirak edəcəklər.

Məlumata görə, bu tədbir keçmiş prezidentlərin iştirak edəcəyi üçüncü ianə aksiyası olacaq və Los-Ancelesdə baş tutacaq.

Aparıcı qismində amerikalı aktyor Corc Kluni seçilib. Tədbirdə ABŞ-nin birinci xanımı Cil Baydenin də iştirak edəcəyi qeyd olunub.

İndiyədək Co Baydenin seçki kampaniyası ümumilikdə 192 milyon dollar qazanıb ki, bu da tarixdəki bütün Demokrat namizədlərin göstəricilərini üstələyir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru